Portuqaliyalı forvard xoşagəlməz jest edib. Portuqaliyalı forvard xoşagəlməz jest edib.
  • Fanat
  • 18 Mart 2019 15:26
  •  995

UEFA Ronaldoya qarşı intizam işi açdı

Portuqaliyalı forvard xoşagəlməz jest edib.

UEFA İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldoya qarşı intizam işi açıb.

Buna 34 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə İspaniya "Atletiko"sunu 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub.

Portuqaliyalı forvard qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin azarkeşlərinə qarşı xoşagəlməz jest edib.

Qeyd edək ki, "Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştianu Ronaldonun "het-trik"i sayəsində üstələyib. İlk matçda "Atletiko"nun baş məşqçisi Dieqo Simeone eyni hərəkəti edib və 20 min avro məbləğində cərimələnib.(report.az)

AzNews.az