"Meydançanın pis olması çətinlik yaradırdı" "Meydançanın pis olması çətinlik yaradırdı"
  • Fanat
  • 30 Mart 2019 23:10
  •  1 421

"Qazandığımız penalti bizim üçün hədiyyə kimi oldu" - Roberto Bordin

"Meydançanın pis olması çətinlik yaradırdı"

"Bizi çətin oyun gözlədiyini bilirdik. Səbəb kimi göstərmək istəməzdim, amma meydança amili hər iki komandaya mənfi təsir etdi".

Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, "ASK Arena"nın süni ot örtüyünün yaxşı vəziyyətdə olmaması işlərini çətinləşdirib:

"Matçın sonlarında qazandığımız penalti sərgilədiyimiz futbola baxanda hədiyyə kimi oldu. Meydançanın pis olması çətinlik yaradırdı. Topla oynamaq ağır olurdu. Buna rəğmən, ədalətli bir penalti qazandıq və qələbə topunu vurduq. Mirbadulla Abbasov həvəssiz görsənmirdi. Komandaya xeyri dəydi. Hətta qol vurmaq şansı da vardı".

Baş məşqçi aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu barədə fikir bildirmək istəməyib. O, ən yaxın izləyiciləri olan Ağdam təmsilçisinin deyil, öz oyunlarını düşündüklərini vurğulayıb. (report)

AzNews.az