Argentinalı mütəxəssis klubun avtobusunu idarə edib. Argentinalı mütəxəssis klubun avtobusunu idarə edib.
  • Fanat
  • 2 Aprel 2019 17:50
  •  1 856

Maradona avtobus sürdü - FOTO

Argentinalı mütəxəssis klubun avtobusunu idarə edib.

Meksikanın "Dorados" komandasının baş məşqçisi Dieqo Maradona növbəti qeyri-adi davranışı ilə gündəmə gəlib.

Argentinalı mütəxəssis klubun avtobusunu idarə edib.

O, maşını hava limanından otelədək sürüb.

Komanda "Tampiko Madero" ilə matçda iştirak etmək üçün səfərə çıxıb.

Qeyd edək ki, görüş "Dorades"in qələbəsi ilə yekunlaşıb - 3:2.

Maradonanın rəhbərlik etdiyi komanda 12 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.(report.az)

image description