Sabah keçiriləcək yarışda daha 3 qadın güləşçimiz medal üçün xalçaya çıxacaq. Sabah keçiriləcək yarışda daha 3 qadın güləşçimiz medal üçün xalçaya çıxacaq.
  • Fanat
  • 11 Aprel 2019 21:09
  •  1 818

AÇ-2019: 3 güləşçimizdən biri 3-cü oldu

Sabah keçiriləcək yarışda daha 3 qadın güləşçimiz medal üçün xalçaya çıxacaq.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşi üzrə 5 dəst medal öz sahibini tapıb.

Azərbaycan güləşçiləri günü 1 mükafatla bitiriblər.

Belə ki, təmsilçilərimizdən Elmira Qəmbərova (59 kq) çıxışını bürünc medalla başa vurub. O, üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Angelina Lisakı 11:6 hesabı ilə məğlub edib.

Ondan fərqli, Türkan Nəsirovanın (50 kq) və İrina Netraba (68 kq) medalın bir addımlığında büdrəyiblər.

T. Nəsirova bürünc medal uğrunda görüşdə türkiyəli Evin Demirhana 3:10 hesabı ilə uduzub. İ. Netraba isə 3-cü yer uğrunda görüşdə Anna Franssonla (İsveç) bacarmayıb - 2:5.

Qeyd edək ki, sabah keçiriləcək yarışda daha 3 qadın güləşçimiz medal üçün xalçaya çıxacaq. (ona.az)

AzNews.az