“Tokio 2020” Yay Olimpiya Oyunlarında yarış və tədbirlərin təqvimi açıqlandı

Oyunların proqramına 33 idman növü daxil edilib.

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yarış və tədbirlərin təqvimi açıqlanıb.

Oyunların proqramına 33 idman növü daxil edilib. Olimpiadada ilk dəfə beysbol/softbol, karate, sörfinq, qayayadırmanma və skeytbordinq üzrə yarışlar olacaq.

“Tokio 2020”nin açılış mərasimi iyulun 24-də keçiriləcək. Bundan iki gün öncə isə qadın futbolu və softbol üzrə yarışlara start veriləcək. İlk medal dəsti iyulun 25-də qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş yarışında sahiblərini tapacaq.

Ən çox final mərhələsi 1 avqust, 2 avqust və 8 avqustda olacaq. Həmin günlərdə müvafiq olaraq 21, 26 və 30 dəst medal sahibini tapacaq.

Havaların isti keçəcəyi ilə əlaqədar əksər yarışlar səhər saatlarına təyin olunub.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarının bağlanış mərasimi avqustun 9-da keçiriləcək.(report.az)

AzNews.az