Bununla da millimizin aktivindəki medalların sayı 8-ə (3-2-3) çatıb. Bununla da millimizin aktivindəki medalların sayı 8-ə (3-2-3) çatıb.
  • Fanat
  • 20 Aprel 2019 22:42
  •  1 502

Güləşçilərimiz Antalyada daha 4 medala sahib oldular

Bununla da millimizin aktivindəki medalların sayı 8-ə (3-2-3) çatıb.

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında "Çempionlar" turniri davam edir.

Yarışın 3-cü günündə komandamız daha 4 medal qazanıb.

Sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Əliyev (97 kq) isə bürünc medalla kifayətlənib.
Qızların yarışında Jalə Əliyeva (62 kq) üçüncü yerin sahibi olub.

Bununla da millimizin aktivindəki medalların sayı 8-ə (3-2-3) çatıb.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

AzNews.az