• Fanat
  • 22 Aprel 2019 15:02
  •  458

Kərim Benzema: “Gələcək karyeramla bağlı...”

"Dünyanın ən güclü klubunda oynayıram"

“Real”ın hücumçu alıb-almaması klubun işidir. Bu məsələ məni heç maraqlandırmır”.

Bunu İspaniya “Real”ının fransalı hücumçusu Kərim Benzema deyib.

10 ildir Madrid klubunda çıxış edən 31 yaşlı forvard gələcək karyerası barədə də danışıb: “Meydandakı işimə və komandaya necə kömək etməyimə konsentrasiya olmuşam. Gələcək karyeramla bağlı deyə bilərəm ki, “Real”da qalmaq niyyətindəyəm. Dünyanın ən güclü klubunda oynayıram”.

Qeyd edək ki, K.Benzema cari mövsüm Primeranın 33 oyununda 21 qol vurub.(ona.az)

AzNews.az