• Fanat
  • 23 Aprel 2019 21:23
  •  552

"İstərdik ki, ilk dəfə finalda iştirak edək" - Ayxan Abbasov

"Sevindirici haldır ki, qol buraxmadıq"

"Bu gün ilk 45 dəqiqəni bitirdik. Rəqibi həftə boyunca analiz etmişdik. Hər şey ikinci matçda həll olunacaq. Çempionatda da işlərimiz yaxşı getmir".

Bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki,itkilərə baxmayaraq, heyətdəki futbolçular heç də geri qalmayıblar: "Sevindirici haldır ki, qol buraxmadıq. Qol vəziyyətlərimiz də oldu. Hamıdan razıyam".

Legionerlə çıxış etməyin üstünlüyündən bəhs edən Abbasov hansı komandaya gəldiyini yaxşı anladığını söyləyib: "Komandamıza güvənirəm. İnanıram ki, onlar mərhələ adlayacaqlar. Əlbəttə, 3 gündənbir oynamaq çətin olacaq. "Neftçi" ilə matçda bəzi futbolçuları qoruya bilərik. İstərdik ki, ilk dəfə finalda iştirak edək. Eyni zamanda sonuncu olmağı da arzulamırıq". (report)

AzNews.az