İtaliya Qran-prisi bu il 6-8 sentyabrda Montsada 90-cı dəfə təşkil olunacaq İtaliya Qran-prisi bu il 6-8 sentyabrda Montsada 90-cı dəfə təşkil olunacaq
  • Fanat
  • 30 Aprel 2019 17:39
  •  1 488

Daha bir ölkədə “Formula 1”in keçirilmə müddəti uzadıldı

İtaliya Qran-prisi bu il 6-8 sentyabrda Montsada 90-cı dəfə təşkil olunacaq

"Formula 1" üzrə İtaliya Qran-prisinin 2024-cü ilədək Montsada keçirilməsinə dair razılıq əldə edilib.

Bununla əlaqədar İtaliya Avtomobil Klubu (ACI) və "Formula One" rəhbərliyi arasında müqavilə bağlanılıb.

İtaliya Qran-prisi bu il 6-8 sentyabrda Montsada 90-cı dəfə təşkil olunacaq.

Daha əvvəl ACI-nin rəhbəri Anjelo Stikki Damiani Montsa trasının yenidən qurulmasına 100 milyon avro lazım olduğunu açıqlayıb.

Qeyd edək ki, fevralın 5-də Azərbaycan Qran-prisinin 2023-cü ilədək uzadılmasına dair razılıq əldə olunub.(report.az)

AzNews.az