Frenk Lempard 2001-ci ildən 2014-cü ilədək "Çelsi"də çıxış edib. Frenk Lempard 2001-ci ildən 2014-cü ilədək "Çelsi"də çıxış edib.
  • Fanat
  • 15 May 2019 19:48
  •  1 982

"Çelsi" baş məşqçi vəzifəsinə sabiq futbolçusunu gətirmək istəyir

Frenk Lempard 2001-ci ildən 2014-cü ilədək "Çelsi"də çıxış edib.

İngiltərə təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Frenk Lempard komandanın baş məşqçisi ola bilər.

London klubu hazırda “Derbi Kaunti”yə rəhbərlik edən sabiq yarımmüdafiəçinin namizədliyini nəzərdən keçirir.

"Çelsi"nin sahibi Roman Abramoviç hazırkı baş məşqçi Mauritsio Sarrinin azarkeşlərlə gərgin münasibətinə görə italiyalı mütəxəssisdən imtina etmək istəyir.

Qeyd edək ki, Frenk Lempard 2001-ci ildən 2014-cü ilədək "Çelsi"də çıxış edib. O, London klubunun heyətində 648 oyuna 211 qol vurub və komanda ilə 3 dəfə ölkə çempionu adını qazanıb. O həmçinin Çempionlar Liqasının da qalibi olub. (report)

AzNews.az