• Fanat
  • 8 İyul 2019 10:50
  •  338

100 milyon avroluq təklifdən imtina etdi

Mourinyo ailə məsələsinə görə Çinə getməkdən imtina edib

Portuqaliyalı məşqçi Joze Mourinyo Çindən aldığı sərfəli təklifi qəbul etməyib.

“Sky Sports" xəbər verir ki, “Quançjou Everqrand” Mourinyoya illik 25 milyon avro maaşla 4 illik müqavilə təklif edib. Amma Mourinyo ailə məsələsinə görə Çinə getməkdən imtina edib.

Xatırladaq ki, 56 yaşlı mütəxəssis son olaraq “Mançester Yunayted”i çalışdırıb. O, ötən ilin dekabrından işsizdir.

Portuqaliyalı məşqçi açıqlamalarından birində bəyan edib ki, bundan sonra milli komandada çalışmaq istəyir.(qafqazinfo.az)

AzNews.az