Sadıqov bu matçlarda ümumilikdə 14 qolla yadda qalıb Sadıqov bu matçlarda ümumilikdə 14 qolla yadda qalıb
  • Fanat
  • 12 İyul 2019 15:11
  •  1 840

Rəşad Sadıqov üçün 300-cü oyun

Sadıqov bu matçlarda ümumilikdə 14 qolla yadda qalıb

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Partizani” klubu ilə keçirilən ilk matç “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub.

Səfərdə keçirilən qarşılaşmada 37 yaşlı müdafiəçi, Ağdam təmsilçisinin heyətində 300-cü matçına çıxıb.

Kapitan bu matçların 195-ni Azərbaycan Premyer Liqasında, 79-nu avrokuboklarda, 26-nı isə ölkə kubokunda keçirib.

Sadıqov bu matçlarda ümumilikdə 14 qolla yadda qalıb.(qafqazinfo.az)

AzNews.az