Bakının “Neftçi” klubu Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib Bakının “Neftçi” klubu Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib
  • Fanat
  • 18 İyul 2019 22:56
  •  1 781

“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə darmadağınla yüksəlib

Bakının “Neftçi” klubu Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib

Azərbaycanın ən titullu klubu I təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

Ötən həftə səfərdə baş tutan görüşdə rəqibini 3:0 hesabı ilə darmadağın edən Roberto Bordinin yetirmələri Bakıda da rəqibinə “divan tutub”. “Ağ-qaralar” “Bakcell Arena”dakı qarşılaşmanın taleyini ilk yarıda həll edib.

Fasiləyədək Vangelis Platellas iki, Emin Mahmudovla Dario Frederiko hərəyə bir qol vurublar. İkinci hissədə Stiven Monroz və İsmayıl Zülfüqarlı fərqi altı topa çatdırıb.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 25-də Tula şəhərində, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) - 6:0

QOLLAR: Platellas, 19, 40, Mahmudov, 24, Dario, 42, Jozef-Monroz, 67, Zülfüqarlı, 78
Baş hakim: Julian Veynberger (Avstriya)
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,
7. Namik Ələskərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar
Baş məşqçi: Roberto Bordin
“Speranta”: 1. Denis Makoqonenko, 5. Mihael Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros, 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku
Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Luis Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev
Baş məşqçi: Kristian Efros
Bakı. “Bakcell Arena”
İlk oyun – 3:0 (APA)