Zidan Poqba ilə maraqlandığını dəfələrlə dilə gətirib Zidan Poqba ilə maraqlandığını dəfələrlə dilə gətirib
  • Fanat
  • 20 İyul 2019 21:40
  •  3 019

Zidan Poqbanın transferindən danışdı

Zidan Poqba ilə maraqlandığını dəfələrlə dilə gətirib

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan İngiltərənin “Mançester Yunayted” klubunun oyunçusu Pol Poqba ilə maraqlanır.

Bu barədə AS məlumat yayıb.

“Avqustun 31-dək hələ vaxt var. Təfərrüatı açıqlaya bilmirəm, amma “Real”ın Poqba üçün bir planı var”, - 47 yaşlı mütəxəssis bildirib.

Z.Zidan Poqba ilə maraqlandığını dəfələrlə dilə gətirib.

İyun ayında “Marca” nəşr 26 yaşlı Poqbanın Madrid “Real”ına keçmək arzusunda olduğunu yazıb. Ancaq “Mançester Yunayted” bu transferə qarşıdır.(oxu.az)

AzNews.az