Azərbaycan çempionu “Qarabağ” İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək Azərbaycan çempionu “Qarabağ” İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək
  • Fanat
  • 30 İyul 2019 08:45
  •  1 489

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək - "Qarabağ" sabah oynayacaq

Azərbaycan çempionu “Qarabağ” İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsində cavab oyunlarına start veriləcək.

İki gün ərzində 12 qarşılaşma baş tutacaq.

Bunlardan 10-u Çempionlar yolu, 2-si Liqa yolunda baş tutacaq. III təsnifat mərhələsinə vəsiqə qazanan 7 komanda bu gün bilinəcək. Digər 5 klub isə sabah bəlli olacaq.

Azərbaycan çempionu “Qarabağ” İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək. Bu cütün qalibi növbəti mərhələdə APOEL – “Sutyeska” duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələdə uduzanlar Avropa Liqasına yollanacaqlar.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
30 iyul
Liqa yolu

22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya)
İlk oyun - 2:3
22:30. “Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)
İlk oyun - 0:0
Çempionlar yolu
21:00. APOEL (Kipr) – "Sutyeska" (Monteneqro)
İlk oyun - 1:0
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun - 0:1
21:00. "Nomme Kalyu" (Estoniya) – "Seltik" (Şotlandiya)
İlk oyun - 0:5
22:00.”Dinamo” (Xorvatiya) – "Saburtalo" (Gürcüstan)
İlk oyun - 2:0
22:00. "Valletta" (Malta) – "Ferensvaroş" (Macarstan)
İlk oyun - 1:3

31 iyul
20:00. HİK (Finlandiya) – "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 0:2
21:00. "Rusenborq" (Norveç) – BATE (Belarus)
İlk oyun - 1:2
21:00. AIK (İsveç) – "Maribor" (Sloveniya)
İlk oyun - 1:2
21:00. "Qarabağ" (Azərbaycan) – "Dandolk" (İrlandiya)
İlk oyun - 1:1
21:45. “Kopenhagen” (Danimarka) – TNS (Uels)
İlk oyun - 2:0