"Nəticənin belə alınma səbəbini deyə bilmərəm. Oyuna baxmalı, təhlil etməliyik. İndi isə onu deyə bilərəm ki, biz bu görüşlərdən dərs çıxarmalıyıq. Çünki nə qədər güclü, hücumameylli olsaq da, heç vaxt müdafiəni unutmamalıyıq" "Nəticənin belə alınma səbəbini deyə bilmərəm. Oyuna baxmalı, təhlil etməliyik. İndi isə onu deyə bilərəm ki, biz bu görüşlərdən dərs çıxarmalıyıq. Çünki nə qədər güclü, hücumameylli olsaq da, heç vaxt müdafiəni unutmamalıyıq"
  • Fanat
  • 19 Avqust 2019 23:36
  •  2 273

"Neftçi"nin legioneri: "İsraildəki məğlubiyyətin səbəbləri çoxdur"

"Nəticənin belə alınma səbəbini deyə bilmərəm. Oyuna baxmalı, təhlil etməliyik. İndi isə onu deyə bilərəm ki, biz bu görüşlərdən dərs çıxarmalıyıq. Çünki nə qədər güclü, hücumameylli olsaq da, heç vaxt müdafiəni unutmamalıyıq"

Bunu "Neftçi"nin futbolçusu Soni Mustivar evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, İsrail "Bney Yehuda"sına iki oyunun nəticəsində uduzaraq (2:2, 1:2), Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırmalarının bugünkü matça təsiri olmayıb: "Futbolda belə hallar olur: Hər bir komanda uda və ya uduza bilər. Məğlubiyyət futbolun bir hissəsidir. Düzdür, heç kim uduzmağı sevmir. Amma futbolçu buna alışmalı, başa düşməlidir ki, növbəti oyuna köklənmək lazımdır".

Mustivar "Bney Yehuda" ilə İsraildəki cavab matçında öz səviyyələrinə uyğun oyun göstərmədiklərini vurğulayıb: "Biz səfər oyununda yetərincə intensiv çıxış etmədik. Məncə, əsas səbəb bu idi. Ümumilikdə isə səbəblər çoxdur. Bəzilərini özüm də bilmirəm. Öz oyunumuzu göstərə bilməyərək uduzduq".

Əcnəbi oyunçu növbəti turda "Zirə" ilə səfər matçından gözləntilərini də açıqlayıb: "Futbolda heç vaxt kimisə udacağımıza söz verməməyə çalışıram. Amma növbəti oyunda qələbə üçün əlimizdən gələni edəcəyimə söz verə bilərəm".

Qeyd edək ki, Soni Mustivar "Sabah"la görüşdə "Neftçi"nin bərabərlik qolunun müəllifi olub. (Report)