Morgan: Hamı bu hadisədə kimin haqlı olduğu ilə maraqlanır Morgan: Hamı bu hadisədə kimin haqlı olduğu ilə maraqlanır
  • Fanat
  • 11 Sentyabr 2019 12:04
  •  2 275

Məşhur qadın futbolçudan Ronaldoya təcavüz ittihamı - "Nəyisə gizlədir"

Morgan: Hamı bu hadisədə kimin haqlı olduğu ilə maraqlanır

ABŞ qadın futbol komandasının dünyaca məşhur oyunçusu Alex Morgan cinsi təcavüz davası hələ davam edən və "Yuventus"da top qovan portuqaliyalı futbolçu Kristiano Ronaldo haqqında sərt sözlər işlədib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sports İllustrated” jurnalına müsahibə verən Morgan Ronaldonun bu davada bəzi şeylər gizlətdiyini bildirib.

23 sentyabrda Monakoda FİFA-nın təyin edəcəyi "Dünyanın ən yaxşı futbolçusu" nominasiyasında qadınlar arasında namizəd olan 34 yaşlı Morgan eyni gecədə Messi və Van Djik ilə yarışıb.

“Bu gün qadınların danışığını dinləmək çox vacibdir. Hamı bu hadisədə kimin haqlı olduğu ilə maraqlanır, amma Ronaldonun hekayəsinə baxdığımızda məncə gizlənmiş çox dəlil var. Nəticədə pul hər şeyi gizlədə bilir. “Ronaldo dünyanın ən yaxşı futbolçusu deyil” demirəm. Bunun futbolla heç bir əlaqəsi yoxdur. Futbol üçün etdikləri başqa, insanlığı ilə etdikləri başqadır”, - deyə o bildirib.

Mehri Qurbanova

AzNews.az