Messidən Neymar açıqlaması - “O, həqiqətən PSJ-ni tərk etmək istəyirdi"

Fikirləşirdim ki, Florentino Peres və “Real” onunla müqavilə bağlamaq üçün hər şey edəcək

“Mən düşünürdüm ki, Neymar “Barselona”ya qayıtmasa, “Real”a keçəcək”.

Bunu Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi deyib.

Cənubi amerikalı klubdakı sabiq komanda yoldaşı Neymar barədə fikirlərini açıqlayıb. O bildirib ki, yayda PSJ-dən ayrılacağı gözlənilən braziliyalının “Real”a keçəcəyini fikirləşirmiş: “O, həqiqətən də PSJ-ni tərk etmək istəyirdi. Neymar bu barədə demişdi. Fikirləşirdim ki, Florentino Peres və “Real” onunla müqavilə bağlamaq üçün hər şey edəcək”.

Qeyd edək ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib. (APA)