Makqreqor jurnalistlərlə oktyabrın 24-də görüşəcək Makqreqor jurnalistlərlə oktyabrın 24-də görüşəcək
  • Fanat
  • 21 Oktyabr 2019 20:51
  •  2 210

Konor Moskvaya gəlir - FOTO

Makqreqor jurnalistlərlə oktyabrın 24-də görüşəcək

Keçmiş UFC çempionu Konor Makqreqor bu həftə Moskvaya gedir.

Rusiya KİV-i xəbər verir ki, irlandiyalı döyüşçü Moskvada təmsil etdiyi bukmeker kontorunun mətbuat konfransını keçirəcək. Makqreqor jurnalistlərlə oktyabrın 24-də görüşəcək.

Qeyd edək ki, Konor daha əvvəl rusiyalı həmkarı Həbib Nurməhəmmədovu revanşa çağırmış, ancaq Həbib bu təklifi qəbul etməmişdi. Bir neçə gün əvvəl Konor İnstaqram səhifəsində foto paylaşaraq Həbibə müraciətlə “Moskvada görüşərik, pişik” sözlərini yazmışdı.(qafqazinfo.az)

AzNews.az

image description