"Siz günü yaşamalısınız və xırda şeylərdən xoşbəxt olmağı bacarmalısınız" "Siz günü yaşamalısınız və xırda şeylərdən xoşbəxt olmağı bacarmalısınız"
  • Fanat
  • 23 Oktyabr 2019 21:37
  •  2 171

Paralimpiya çempionu evtanaziya ilə həyatına son qoydu - FOTOLAR

"Siz günü yaşamalısınız və xırda şeylərdən xoşbəxt olmağı bacarmalısınız"

Belçikalı paralimpiya çempionu Marike Vervort evtanaziya üsulu ilə (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək –red.) həyatına son qoyub.

İdmançı hələ bu haqda 2008-ci ildən sənədləri imzalayıb. Marikenin bu addımı atmasına səbəb onun illərdir nadir degenerativ əzələ xəstəliyindən əziyyət çəkməsi olub. Daimi ağrılar, qıcolmalar, ürəkgetmələr 40 yaşlı paralimpiyaçının həyatına son verməsinə gətirib çıxarıb. Müsahibələrinin birində Marike cəmi 10 dəqiqə yata bildiyini demiş, “daha əziyyət çəkmək istəmirəm. Mənə çox çətindir. Depressiyaya düşürəm” söyləmişdi.

Bununla belə, idmançı qadın insanları həyatlarını sevməyə və qiymətləndirməyə çağırırdı:

“Siz günü yaşamalısınız və xırda şeylərdən xoşbəxt olmağı bacarmalısınız. Sabah gözlənilmədən qəzaya düşə, ölə, xəstəliyə düçar ola, hətta ölə bilərsiniz. Sabah başınıza hər bir iş gələ bilər...”.(qafqazinfo.az)


AzNews.az