4 nəfər kişi Göyçay MRX-ya çatdırılıb 4 nəfər kişi Göyçay MRX-ya çatdırılıb
  • Fanat
  • 6 Noyabr 2019 09:49
  •  3 370

Səhiyyə nazirliyi Göyçaydakı qəzada yaralananlarla bağlı məlumat yaydı

4 nəfər kişi Göyçay MRX-ya çatdırılıb

Səhiyyə Nazirliyi Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay MRX-ya çatdırılıb. Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

5 noyabr saat 22:30

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.

Rayonun Kürdəmiş kənd sakini, 1962-ci il təvəllüdlü Nəzərov Əlimirzə Saməddin oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZEL" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı sürücü Ə.Nəzərov və yük avtomobilinin sürücüsü, həmçinin sərnişinləri, Ucar rayonu Qaracallı kənd sakinləri - 1990-cı il təvəllüdlü Yusifov Pərviz Qüdrət oğlu, 2001-ci il təvəllüdlü Həmzəyev Şahvələd Mahir oğlu, 1995-ci il təvəllüdlü Həmzəyev Həmzə Mahir oğlu, 1982-ci il təvəllüdlü Abdurrəhimov Əşrəf Qismət oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az