- Fanat
- 22 Noyabr 2019 16:16
- 1 854
AVRO-2020: Pley-offun püşkü atıldı
Pley-offun yarımfinalları gələn il martın 26-da, finallar 31-də keçiriləcək
Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Öncə yığmaların pley-offda yolu və rəqibi bilinib.
İsrail C yoluna düşüb. Bu milli Şotlandiya ilə görüşəcək. Digər üç komanda – Macarıstan, Rumıniya və Bolqarıstan A yolunda mübarizə aparacaq. Bu yolda cütlərin tərkibi də dəqiqləşib.
Ardınca hansı cütlərin finalda ev sahibi olacağı müəyyənləşib. Pley-offun yarımfinalları gələn il martın 26-da, finallar 31-də keçiriləcək.
D yolu
Yarımfinal
1. Gürcüstan – Belarus
2. Şimali Makedoniya - Kosovo
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
C yolu
Yarımfinal
1. Şotlandiya – İsrail
2. Norveç – Serbiya
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi
B yolu
Yarımfinal
1. Bosniya və Herseqovina – Şimali İrlandiya
2. Slovakiya – İrlandiya
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi
A yolu
Yarımmfinal
1. İslandiya – Rumıniya
2. Bolqarıstan – Macarıstan
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi
Qeyd edək ki, oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanan digər 20 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Niderland, Xorvatiya, Avstriya, Portuqaliya, İsveçrə, Danimarka və Uels seçmə oyunlarından birbaşa vəsiqə qazanıb. Final mərhələsinin son 4 iştirakçısı pley-offda bilinəcək. (Apasport.az)
AzNews.az