Erməni Azərbaycan güləşçisinə yenildi

Romada

Sərbəst güləşçimiz Camaləddin Məhəmmədov Romada keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə ermənistanlı idmançıya qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

AzNews.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, sonra türkiyəli rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin dörddəbir finalda Polşa güləşçisinə məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün C.Məhəmmədov mübarizəni fevralın 16-da davam etdirib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə avstriyalı idmançıdan güclü olub. Bürünc medal uğrunda qarşılaşmada isə Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşdən sona dörd saniyə qalmış aldığı xalla qalib ayrılan idmançımız yarışı üçüncü pillədə başa vurub.