Bununla bağlı Türkiyə Futbol Federasiyası məlumatlandırılıb Bununla bağlı Türkiyə Futbol Federasiyası məlumatlandırılıb
  • Fanat
  • 21 Fevral 2020 20:57
  •  5 196

"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı

Bununla bağlı Türkiyə Futbol Federasiyası məlumatlandırılıb

Türkiyənin "Fənərbağça" klubu fransalı futbolçu Adil Rami ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə yollarını ayıran İstanbul təmsilçisi artıq bununla bağlı Türkiyə Futbol Federasiyasını (TFF) məlumatlandırıb.

Qeyd edək ki, 2018-ci ildə Fransa millisinin heyətində Rusiyada keçirilən dünya çempionatında qızıl medal qazanan Rami "Fənərbağça"ya ötən yay keçmişdi. Təcrübəli futbolçu klubla 1+1 illik müqavilə imzalamışdı.