Qərar iyunun 17-də veriləcək Qərar iyunun 17-də veriləcək
  • Fanat
  • 2 İyun 2020 17:30
  •  4 654

Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər

Qərar iyunun 17-də veriləcək

Avropa Liqasının final oyunu Polşanın Qdansk şəhərindən alına bilər.

Məlumata görə, UEFA 1/4 mərhələsindən etibarən bütün matçların Portuqaliyanın paytaxtı Lissabonda baş tutmasını nəzərdən keçirir.

Qitə futbol qurumu koronavirus pandemiyası səbəbindən dayandırılan turnirin cütlüklərinin 1 oyunla müəyyənləşdirilməsi variantına üstünlük vermək niyyətindədir.

UEFA avqustda keçiriləcək oyunlar arasında 7-10 günlük fasilə verərək, Avropanın ikinci dərəcəli klub turnirini yekunlaşdırmaq istəyir. Bu üzdən Lissabondakı otellərin, təlim-məşq meydançalarının hazır olması və digər zəruri şəraitin yaradılması üçün indidən göstəriş verildiyi bildirilir. Bütün matçları eyni şəhərə salmaqda məqsəd uçuşların qarşısını almaq və klubların xərclərini azaltmaqdır.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçirəcəyi iclasında veriləcək. (Apasport.az )

AzNews.az