- Fanat
- 15 İyun 2020 15:47
- 4 598
"Qalatasaray"ın daha bir futbolçusu mövsümü başa vurub

Hücumçu Florin Andone sıradan çıxıb
"Qalatasaray" daha bir futbolçusunu itirib.
AzNews.az-ın məlumatına görə, hücumçu Florin Andone sıradan çıxıb.
Rumıniyalı forvard Super Liqanın XXVII turunda "Rizəspor"la matçda zədələnib. Oyunun ikinci hissəsində meydana daxil olan 27 yaşlı futbolçu 70-ci dəqiqədə rəqib qapıçı ilə mübarizə zamanı xəsarət alaraq əvəzlənib. Sağ diz bağlarından zədələnən Andonenin mövsümü başa vurduğu açıqlanıb.
Qeyd edək ki, "Rizəspor"a 0:2 hesabı ilə məğlub olduğu görüşdə ayağı qırılan "Qalatasaray"ın qapıçısı Fernando Muslera 7-8 ay yaşıl meydanlardan uzaq qalacaq.