Qarsiya ilə yanaşı onun köməkçiləri də "Selta"da qalacaq Qarsiya ilə yanaşı onun köməkçiləri də "Selta"da qalacaq
  • Fanat
  • 26 İyun 2020 21:48
  •  5 686

La Liqa təmsilçisi baş məşqçi ilə bağlı qərarını açıqladı

Qarsiya ilə yanaşı onun köməkçiləri də "Selta"da qalacaq

İspaniya La Liqasında çıxış edən "Selta" komandası baş məşqçisi Oskar Qarsiya ilə bağlı qərarını açıqlayıb.

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı ispan mütəxəssis daha iki mövsüm komandaya rəhbərlik edəcək. Qarsiya ilə yanaşı onun köməkçiləri də "Selta"da qalacaq.

Qeyd edək ki, Oskar Qarsiya 2019-cu ilin noyabrından "Selta"nın baş məşqçisidir. Komanda La Liqada 31 turdan sonra 33 xalla 16-cı pillədə qərarlaşıb.