- Fanat
- 3 Avqust 2020 23:29
- 5 435
Arda Turan yenidən “Qalatasaray”da
33 yaşlı futbolçu sarı-qırmızılarla tam razılığa gəlib
Türkiyəli futbolçu Arda Turan “Qalatasaray”la müqavilə imzalayıb.
AzNews.az “Ajansspor.com”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sarı-qırmızılarla tam razılığa gəlib.
Arda Turan yeni mövsümdə Fernando Muslera ilə bərabər “Qalatasaray”ın kapitanlarından biri olacaq.
Qeyd edək ki, Turanın “Barselona” ilə olan müqaviləsi bu ilin iyununda bitib. 2019/20 mövsümündə türk icarə əsasları ilə “İstanbul”da çıxış edib. O, komandanın tərkibində 12 matç keçirib. 2020-ci ilin yanvarında klub futbolçu ilə icarə anlaşmasını pozub.
Turan “Qalatasaray”da 2000-2011-ci illərdə çıxış edib.