FIA Britaniya komandasını cəzalandırdı

Komanda 2020-ci il Konstruktorlar Kubokunda 15 xal itirib

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Renault" komandasının "Racing Point"ə qarşı şikayətini təmin edib.

AzNews.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, nəticədə Britaniya təmsilçisi 400 000 avro məbləğində cərimələnib.

Bundan başqa, komanda 2020-ci il Konstruktorlar Kubokunda 15 xal itirib.

Qərara münasibət bildirən "Racing Point"in rəhbəri Otmar Zafnauer təəccübünü gizlədə bilməyib: "Yaxşı xəbər odur ki, avtomobilimizin texniki baxımdan tamamilə qanuni olduğu qəbul edildi. Bu hava kanallarını istifadə etməyə davam edə biləcəyik. Bütün məsələ reqlamentdədir. Biz onu oxuduq, orada etdiklərimizi qadağan edən heç nə yox idi. Demək olar ki, digər komandalar da eynisini ediblər. Buna görə FIA-nın qərarı bizi çaşdırdı. İndi bundan şikayət edib-etməyəcəyimizə qərar verməliyik".

Qeyd edək ki, "Renault" 2019-cu ildə "Racing Point"in "Mercedes"in arxa əyləclərinin hava kanallarından qanunsuz istifadəsinə etiraz etmişdi.

Avstriya Qran-prisinin nəticələrinə əsasən, Britaniya təmsilçisinin hər iki bolidi 200 000 avro cərimələnmişdi. Pilotların hərəsinin aktivindən isə 7,5 xal silinmişdi. Həmçinin komanda Macarıstan və İngiltərədə "Kral yarışları"nın mərhələləri zamanı qanunsuz konstruksiya istifadəsinə dair xəbərdarlıq almışdı.