• Fanat
  • 2 Sentyabr 2020 18:57
  •  1 858

Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi

AVRO-2022-nin final mərhələsi yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

AzNews.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda III qrupda mübarizə aparacaq. Yığma Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə üz-üzə gələcək.

Oyun günləri

2 - 11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)

6 - 9 dekabr 2020

25 yanvar - 3 fevral 2021
1 - 10 mart 2021
5 - 14 aprel 2021.
Qeyd edək kİ, AVRO-2022-nin final mərhələsi yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.