Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək
  • Fanat
  • 11 Sentyabr 2020 20:05
  •  6 937

PFL prezidentliyinə seçkilərin vaxtı açıqlandı

Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək

Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə keçiriləcək seçkinin tarixi müəyyənləşib.

AzNews.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb. Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb.

PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.