Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir
  • Fanat
  • 26 Noyabr 2020 14:58
  •  4 415

Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AzNews.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.

Hazırda yığmamız 1180 xalla 109-cu sırada qərarlaşıb. İrəliləyişə səbəb millinin yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.