Müllerin aktivində ÇL-də 47 qol var Müllerin aktivində ÇL-də 47 qol var
  • Fanat
  • 2 Dekabr 2020 22:10
  •  4 790

Müller də ÇL-in tarixinə düşdü

Müllerin aktivində ÇL-də 47 qol var

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Atletiko” ilə “sülh bağlayıb” – 1:1.

AzNews.az xəbər verir ki, sözügedən səfər matçında Münhen klubunun qolunu vuran Tomas Müller Çempionlar Liqasının tarixinə düşüb.

Alman hücumçu turnirdə ən çox qol vuran 10-cu futbolçu olub. Müllerin aktivində ÇL-də 47 qol var.

Çempionlar Liqası tarixinin bombardiri 131 qolla “Yuventus”un hücumçusu Kristiano Ronaldodur.