MOİK – “Sumqayıt-2” oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. MOİK – “Sumqayıt-2” oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
  • Fanat
  • 11 Dekabr 2020 15:58
  •  3 679

AFFA “Qarabağ”la “Sumqayıt”ı cərimələdi

MOİK – “Sumqayıt-2” oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AzNews.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ-2” – “Keşlə-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub. Diktor vaxtında iştirak etməyərək məlumatların verilməsini təmin etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunub.

MOİK – “Sumqayıt-2” oyununda MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub. “Sumqayıt”ın 27 nömrəli futbolçusu İsmayıl Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.