İtaliyanın “Torino” klubunun futbolçusu Andrea Belotti komandasını tərk edəcək İtaliyanın “Torino” klubunun futbolçusu Andrea Belotti komandasını tərk edəcək
  • Fanat
  • 12 Fevral 2021 17:38
  •  15 777

"Milan" İbrahimoviçə əvəzləyici tapıb

İtaliyanın “Torino” klubunun futbolçusu Andrea Belotti komandasını tərk edəcək

27 yaşlı futbolçu Turin təmsilçisi ilə müqaviləni uzatmaq istəmir.

Buna səbəb Belottinin titul qazanmaq iddialardır. Futbolçu daha güclü klubda çıxış edib mükafatlar əldə etmək arzusundadır.

Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Belottinin xidmətində “Milan” maraqlıdır. “Rossonyeri” Andreanı 39 yaşlı Zlatan İbrahimoviçi əvəzləyəcək forvard kimi görür.

Qeyd edək ki, Belotti “Torino”dakı 6 mövsümdə A seriyasında 90 qol vurub. (Apasport.az)

AzNews.az