Mükafat İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedriyə verilib Mükafat İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedriyə verilib
  • Fanat
  • 29 Noyabr 2021 23:59
  •  9 982

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Mükafat İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedriyə verilib

2021-ci ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.

Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində “Kopa Trofi” də sahibini tapıb.

Bu mükafat İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedriyə verilib.

O, Meyson Qrinvud (“Mançester Yunayted”), Bukayo Saka (“Arsenal”), Ceremi Doku (“Renn”), Rayan Qravenberx (“Ayaks”), Camal Musiala (“Bavariya”), Florian Virts (“Bayer”), Cud Bellingem, Covanni Reyna (hər ikisi “Borussiya”, Dortmund) və Nuno Mendeşi (PSJ) qabaqlayıb.