"Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq" "Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq"
  • Fanat
  • 13 Avqust 2022 16:33
  •  7 979

Azərbaycan millisinin kapitanı: "Türkiyə çox layiqli rəqibdir"

"Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq"

"Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq".

Aznews.az xəbər verir ki, bunu Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında qadın həndbolu üzrə milli komandaların yarımfinal görüşündə Özbəkistan millisinə 40:27 hesabı ilə qalib gəlmiş Azərbaycan yığmasının kapitanı Rəna Həsənova deyib.

O, sabah meydan sahibi Türkiyə ilə keçiriləcək matç haqda bunları deyib: "Türkiyə ilə finalda sonadək oynayacağıq. Onlar bizim üçün çox layiqli rəqibdir".

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Kameruna 10:0 (texniki qələbə), Əfqanıstana 43:9 və İrana 26:17 qalib gələrək qrupda 6 xalla birinci olmuşdu.