• Fanat
  • 14 Avqust 17:31
  •  2 420

Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb

Digər azərbaycanlı gimnast İlona Zeynalova isə dördüncü yeri tutub

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında qızıl medal qazanıb.

Aznews.az xəbər verir ki, Z.Ağamirova gürzlərlə hərəkətlərdə birinci yeri tutub.

Gürzlərlə proqramın finalında çıxış edən digər azərbaycanlı gimnast İlona Zeynalova dördüncü yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.