- Fanat
- 15 Avqust 2022 22:49
- 9 225
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
Final görüşləri avqustun 16-da baş tutacaq
Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Aznews.az xəbər verir ki, 65 kq-da Zirəddin Bayramov və 70 kq çəki dərəcəsində Kənan Heybətov qızıl medal görüşlərinə çıxacaqlar.
Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.
Qeyd edək ki, final görüşləri avqustun 16-da baş tutacaq.