- Fanat
- 7 Noyabr 2022 20:25
- 8 734
“Qarabağ”ın rəqibi müəyyənləşib - FOTO
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb
Aznews.az xəbər verir ki, “Qarabağ”ın rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.
Pley-offun ilk görüşləri 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ” ilk matçını Bakıda keçirəcək.