• Fanat
  • 6 Dekabr 2022 22:53
  •  5 667

Pelenin son durumu

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin son durumuna aydınlıq gəlib.

Aznews.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə veteran hücumçunun müalicə aldığı xəstəxanadan bildirilib.

Qeyd oilunub ki, Pelenin səhhəti getdikcə yaxşılaşır: "Xəstənin durumunda müsbət dinamika müşahidə olunur. O, adi palatada qalır, həyati göstəriciləri sabitdir. Şüuru yerindədir, yeni fəsadlar yoxdur".

Xatırladaq ki, daha əvvəl bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilib.