• Fanat
  • 14 Dekabr 2022 11:54
  •  13 550

Luka Modriç: Messi böyüklüyünü göstərir

"Penalti dönüş nöqtəsi idi və düşünürəm ki, bu, səhv qərar idi. Təəssüf ki, biz bunu dəyişə bilmərik, Argentinanı təbrik edirəm".

Aznews.az xəbər verir ki, bunu Luka Modriç matça və Messi haqqında danışarkən deyib.

"Messini təbrik edirəm. Ona finalda uğurlar arzulayıram. O, inanılmaz turnir keçirir və böyüklüyünü nümayiş etdirir", - "Qızıl top"un sahibi xorvatiyalı ulduz əlavə edib.

Qeyd edək ki, dünən baş tutan matç Argentinanın Xorvatiya üzərində 3-0-lıq qələbəsi ilə başa çatıb.

Mövsüm