• Fanat
  • 30 Dekabr 2022 14:19
  •  11 740

"Qalatasaray" 2022-ci ili lider olaraq tamamladı

2022-2023 mövsümündə Spor Toto Super Liqanın 16-cı həftəsində səfərdə "Sivasspor"u 2-1 məğlub edən "Qalatasaray" ili lider olaraq tamamlayıb. Bu mövsüm 33 xal toplayan Aslan yeni ilə "Fənərbaxça"nı 1 xal qabaqlayaraq lider kimi daxil olub. Sarı-qırmızılar 2022-2023 mövsümündə liqada ən az qol vuran ikinci komanda kimi də ili başa vurub.

"Qalatasaray" 2022-ci ildə 3 məşqçi ilə çalışıb.

2022-ci ilə Fatih Terimlə qədəm qoyan sarı-qırmızılı komanda təcrübəli baş məşqçiylə yanvarın 10-da yollarını ayırıb. Terimi ispan məşqçi Domenek Torrent əvəzləyib. 2021-2022 mövsümünün sonuna qədər yol Torrent ilə davam edib. Prezident Dursun Özbek seçkidə qalib gəldikdən sonra komanda 2022-2023 mövsümündən əvvəl klubun əfsanəvi adlarından olan Okan Buruka həvalə olunub.

UEFA Avropa Liqası 1/16 finalında turnirlə vidalaşıb.

Qalatasaray 2021-2022 mövsümündə UEFA Avropa Liqasının qruplarını lider olaraq tamamlayıb və birbaşa 1/16-ya yüksəlib. Bu turda mart ayında İspaniya nəhəngi "Barselona" ilə qarşılaşan sarı-qırmızılı komanda səfərdə 0:0 hesablı heç-heçə edib, İstanbulda rəqibinə 2:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

2022-ci ildə 2 dəfə 7-0 qalib gəlib.

Qalatasaray 2022-ci ildə bir çox fərqli hesabla qalib gəlib. Sarı-qırmızılılar ilin ən fərqli hesablarını xüsusilə Super Liqada "Medipol Başakşehir", Türkiyə Kubokunda isə "Kastamonuspor"la keçirdikləri matçlarda qazanıb. Cimbom hər iki komandanı 7-0 hesabı ilə məğlub etməyi bacarıb.

Mövsüm