• Fanat
  • 3 Yanvar 21:11
  •  5 339

Pele ilə vida mərasimi başa çatıb

Çərşənbə axşamı Santos şəhərinin (San-Paulu ştatı) “Vila Belmiro” stadionunda Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele ilə vida mərasimi başa çatıb.

Aznews.az TASS-a istinadən xəbər verir ki, dəfn korteji vətəndaş anım mərasiminin keçirildiyi stadiondan uzaqlaşıb.

Mərasimin sonunda Pelenin nəşi olan tabut alqış sədaları altında yanğınsöndürən maşınının damına qaldırılıb və Braziliya bayrağı ilə örtülüb. Dəfn korteji hərbi polis motosikletçilərinin fəxri müşayiəti ilə Santos küçələrindən, o cümlədən onun 100 yaşlı anasının hələ də yaşadığı evin yanından keçəcək.

Bundan sonra Pele onun özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisində, stadionun yaxınlığında yerləşən məqbərədə dəfn olunacaq.

Anım mərasiminin təşkilatçılarının sözlərinə görə, bir gündə Pele ilə vidalaşmağa 150 mindən çox insan gəlib. Bazar ertəsi və çərşənbə axşamı stadiona bitişik küçələr mərhum futbolçunun xatirəsini yad etməyə gələn insanlarla dolu olub, növbənin uzunluğu 2,3 ​​km-ə çatıb, insanlar üç saatdan çox orada dayanıblar.

Onun tabutu 1956-cı ildə “Santos” futbol komandası ilə debüt etdiyi oyun meydançasının mərkəzi dairəsindəki çardaq altındakı platformaya qoyulub.

Qeyd edək ki, üçqat dünya çempionu Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib.