- Fanat
- 12 Fevral 2023 16:02
- 10 283
Azərbaycan taekvondoçuları təlim-məşq toplanışı üçün Cənubi Koreyaya yollanıblar
Qadın taekvondoçulardan ibarət Azərbaycan millisi hazırlığı ölkə xaricində davam etdirəcək.
Federasiyadan Aznews.az-a verilən məlumata görə, yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.
Qarşıdakı yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıq prosesində 7 taekvondoçu iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.
Bu gün Cənubi Koreyaya yollanan komanda fevralın 28-də Vətənə dönəcək.