- Fanat
- 17 Fevral 2023 12:28
- 8 629
"Qarabağ" çox ağır oyundan qələbə ilə çıxdı
"“Qarabağ” “Gent”lə matçda qalib gəlsə də, bu mövsüm ağır oyunlarından birini keçirdi. Rəqib ən azı heç-heçə üçün qapalı oyun sərgilədi. Bu da Qurban Qurbanova çətinlik yaradan oyun tərzidir. İkinci hissənin ta əvvəlindən “Qarabağ”ın toparlanaq özünəxas oyunu tapması isə təqdir olunmalıdır".
AzNews.az xəbər verir ki, bunu Əməkdar jurnalisti, Qol.az saytının baş redaktoru Aydın Bağırov feysbuk səhifəsində yazıb.
"Fikrimcə, ən çətin mərhələ artıq geridə qaldı. Gələn həftə Belçikadakı cavab matçında rəqib məcbur qalıb açıq oyuna üstünlük verəcək, bu da “Qarabağ”a meydanda açıq zonalar və qol vurmaq üçün daha artıq şans yaradacaq.
Qısaca, Ağdam komandasının hələlik tam hazır olmadığı sezilir. Amma gələn oyun “Qarabağ” bugüngündən daha yaxşı olacaq.
Yeni transferlər Diakabi, Benzia və Cicaya gəlincə, hər oyundan oyuna komandaya uyğunlaşırlar və inanıram ki, “Qarabağ” üçün bugünkündən daha çox fayda verəcəklər", - o əlavə edib.