• Fanat
  • 27 Fevral 2023 13:33
  •  9 697

Beşiktaş azarkeşləri stadionu gözəlləşdirdi

İstanbulun "Beşiktaş" futbol klubunun azarkeşləri fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərər çəkən uşaqlarla həmrəylik simvolu olaraq bazar günü meydançaya minlərlə doldurulmuş oyuncaq atıblar .

Aznews.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan Türkiyə Superliqasının oyunu 4 dəqiqə 17 saniyə sonra dayandırılıb ki, azarkeşlər hədiyyələri meydançaya atsınlar. Zəlzələ ilk dəfə fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyədə baş verib.

Beşiktaş klubunun açıqlamasında deyilir: "Azarkeşlərimiz zəlzələ bölgəsində uşaqlara hədiyyə etmək üçün Vodafone Parkın ərazisinə şərflər, beretlər və təmtəraqlı oyuncaqlar atıblar”.

Rəşid