- Fanat
- 4 Mart 23:59
- 5 579
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Aznews.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 40-cı və 90+4-cü dəqiqədə Aleksey İsayev fərqlənib.
17-ci dəqiqədə qonaqların heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə "Sabah"dan Anatoli Nuriyev ikinci sarı vərəqəni görərək eyni aqibəti yaşayıb.
Bu nəticədən sonra xallarının sayını 56-ya çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 20 xalla səkkizinci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Səbail"i minimal hesabla üstələyib - 1:0. “Zirə” və “Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda “Qəbələ” “Qarabağ”ı, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək.