- Fanat
- 5 Mart 21:39
- 6 714
"Formula 1": Mövsümün ilk yarışının qalibi bəlli olub

"Formula 1" üzrə dünya çempionatında cari mövsümün ilk yarışının qalibi bəlli olub.
Aznews.az xəbər verir ki, Bəhreyndə keçirilmiş start Qran-prisini "Red Bull" pilotu Maks Ferstappen qazanıb.
İkinci yeri onun komanda yoldaşı Serxio Peres tutub. İlk "üçlüy"ü "Aston Martin"dən Fernando Alonso tamamlayıb.
Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.