• Fanat
  • 3 İyun 2023 10:23
  •  5 677

Azərbaycan Kuboku: Final oyununun hakimləri bəlli olub

"Neftçi" və "Qəbələ" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunda final oyununun təyinatları bəlli olub.

Aznews.az xəbər verir ki, qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi olacaq.

Barış Şimşek hakim-inspektor, AFFA nümayəndəsi isə Seymur Səlimlidir.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.